Gəlinini güllələyən qayınata - Həbsdə öldü

gelinini-gulleleyen-qayinata
Oxunma sayı: 646

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov 2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirmişdi.