Gəlinini və nəvəsini öldürən nənəyə hökm oxundu – - 18 il

gelinini-ve-nevesini-olduren-neneye-hokm-oxundu-
Oxunma sayı: 1413


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ş. Hüseynova 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il dekabrında Qum adası, Zeytun bağları adlanan ərazidə baş verib. Kirayədə qalan, 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə evin həyətində mübahisə edib, yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib. Bundan sonra hadisəni törədən Şərqiyyə Hüseynova evə girərək nəvəsi - 6 aylıq Emilyanı boğaraq öldürüb. 

Ş.Hüseynova ifadəsində bildirib ki, onun psixoloji problemləri olduğu üçün gəlini onun əl-qolunu bağlayıb qapalı otaqda saxlayırmış. O da bundan qəzəblənib və məlum cinayati törədib.

Murad Əhməd