Gəlirlərimiz 12 faiz artıb

gelirlerimiz-12-faiz-artib
Oxunma sayı: 651

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 8,3 faiz bəndi üstələyib. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,5 milyard manatlıq gəlirin 70,6 faizi son istehlak xərclərinə, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 17,3 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 13,4 faiz çox vəsait qalıb.

Nigar Məmmədli