“Qafqazinfo” xəbər verir ki, “Axar.az”a Xəzər Gəmiçiliyindən verilən məlumata görə, “General Əlağa Şıxlınski” kran gəmisinin təmiri zamanı “Xəzər” MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyalarını dəyişiblər. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmişiliyi QSC-nin və “Xəzər” MMC rəhbərliyinin olduğu söylənilir. Qeyri-rəsmi məlumata görə, “Xəzər” MMC-nin təsisçiləri SOCAR prezidenti Rövnəq Abdullayev və Xalq artisti Ağasəlim Abdullayevin 2 nəfər ailə üzvünün də öldüyü qəzanın səbəbkarı olan Xaliq Mədətovun atası, QSC sədrinin keçmiş müavini Mübariz Mədətovdur.
Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a belə bir məlumata malik olmadığını bildirdilər.
***
Bu gün Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən “Xəzər” MMC-də dəhşətli faciə baş verməsilə bağlı məlumatlar yayılıb.
ANS PRESS-in məlumatına görə, kütləvi informasiya vasitələrində “General Əlağa Şıxlınski” kran gəmisinin təmiri zamanı “Xəzər” MMC-nin iki fəhləsi gəmilə körpünün arasında qalaraq, dünyasını dəyişməsi haqda məlumat yayılıb.
Hazırda hadisə yerində Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və “Xəzər” MMC rəhbərliyinin olduğu söylənilir.
Hadisə barədə məlumat almaq üçün Su Nəqliyyatında Polis İdarəsilə əlaqə saxladıq. İdarədən ANS PRESS-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları ərazidədir.
“Bizə də bu barədə məlumat daxil olub. Əməkdaşlarımız ərazidədir. Hələlik ərazidə nə baş verməsi barədə dəqiq nəsə deyə bilmərik”. – deyə idarədən bildirilib.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
***
ARDNŞ mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, “Xəzər” MMC-nin təsisçiləri sırasında SOCAR prezidenti Rövnəq Abdullayev yoxdur.
Son xəbərlər
Son Xəbərlər