22 yaşlı türkiyəli aktrisa Büşra Ayaydın hicaba bürünüb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 8 yaşından etibarən bir çox filmdə, serial və reklamlarda rol alan Büşra Ayaydın 2 ay öncə hicab geyinməyə başlayıb.
O, uşaq yaşınlarından bu arzuda olduğunu bildirib: “Aktrisalıq karyerasına çox kiçik yaşlarımdan başladığıma görə həyatım məndən asılı olmayaraq dəyişdi. Yaşım artdıqca həyatı, özümü sorğu-sual etməyə başladım. Ailəm mühafizəkar deyil, lakin bu qərarımı verəndə ən böyük dəstəyi onlar mənə göstərdi. Ətrafımda heç kim buna etiraz etmədi”, - B. Ayaydın söyləyib.
Qeyd edək ki, aktrisa ilk dəfə “Ateş” filminin qala gecəsində hicabla görüntülənib.






Son xəbərlər
Son Xəbərlər