Gənc alimin növbəti uğuru

genc-alimin-novbeti-uguru
Oxunma sayı: 1642


“Qafqazinfo”nun məlumatına görə, bu, gənc şərqşünas alimin sayca 10-cu kitabıdır. “Şeyx Sənan” qissəsinin haradan qaynaqlandığını, bu qəhrəmanın prototipinin kim olması haqqında müxtəlif ölkələrin  bir çox ədəbiyyatşünasların araşdırmalarıbarədə məlumat verən  Ş.Abdullayeva yazılı ədəbiyyatda məlum olan əsərləri təhlil edir. O, bildirir ki, ilk olaraq  yazılı ədəbiyyatda “Şeyx Sənan” qissəsini XII-XIII əsrlərin ən tanınmış sufi şairlərindən olan  Şeyx Fəridəddin Əttar  qələmə alıb.

Alimin sözlərinə görə,  “Şeyx Sənan” mövzusu XIV-XX əsrlərdə Azərbaycan ədəbiyyatında geniş yayılan mövzulardan biri olub. Monoqrafiyanın müəllifi Üzeyir  bəy Hacıbəylinin “Şeyx Sənan” operasını, Hüseyn Cavidin  eyniadlı faciəsini, Mehti bəy Hacınskinin 1908-ci ildə “Каспiй” qəzetində dərc etdiyi əfsanəni  və digər əsərləri tənqidi dəyərləndirir, onların ideya-məzmun qayəsi haqqında dəyərli mülahizələr irəli sürür.