Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bizləyən, 1991-ci il təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə V.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Xətai rayonunun Naximov küçəsində baş verib. 1991-ci il təvəllüdlü Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı, 1990-cı il təvəllüdlü Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.
Son xəbərlər
Son Xəbərlər