Gənc deputat gənclərlə görüşüb - Fotolar

genc-deputat-genclerle-gorusub
Oxunma sayı: 1163

Gənclər günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında tədbir keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə akademiyanın rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və başqaları iştirak edib.

Millət vəkili Fuad Muradov çıxış edərək gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün irəli sürülən təşəbbüslərdən danışıb. Millət vəkili Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla Azərbaycan Gəncləri gününün elan edilməsinin xüsusi hadisələrdən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gəncliyin ölkənin dinamik inkişafında əhəmiyyətli töhfələr verməsinə səbəb olur.

Tədbirdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının Vətənimizin sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətindəki fədakar xidmətlərinin yüksək qiymətləndirildiyi vurğulanıb.