Gənc dövlət qulluqçuları üçün təlim keçirildi

genc-dovlet-qulluqculari-ucun-telim-kecirildi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, 2012-ci il 6-8 iyun tarixlərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlimlər keçirilib. Təlimdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət qulluqçuları iştirak ediblər.

Təlimdə Komissiyanın əməkdaşları “İş bölgüsü”, “Vaxtın idarə edilməsi” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzuları ətrafında çıxış edib, dövlət qulluqçularını maraqlandıran suallara cavab veriblər.