Gənc ifaçılar konsert veriblər

genc-ifacilar-konsert-veribler-
Oxunma sayı: 1139


Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən konsertdə məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərin ifalarını respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkeçtri müşayət edib.

Tədbirin sonunda məktəbin  məzunu Sadıq Məlikovun ifasında  mahnılar səslənib.

Tədbirdə iştirak edən qonaqlar məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndirdilər və onlara yaradıcılıq uğurları arzulayıb.

R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının   mütəmadi olaraq davam etdiriləcəyini bildirib.