“Qafqazinfo”ya daxil olan məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da universitetimizin adına böyük şərəf gətirdiklərini söyləyib. Rektor liseyi bu il bitirən məzunların hamısının nüfuzlu ali məktəblərə qəbul olduğunu, onlardan 13-nün 600-dən yuxarı bal topladıqlarını, 2 nəfərin Prezident təqaüdünə, 3 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb. Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar diləyib. Tədbirdə liseyin 5-ci sinfinə ən yüksək bal toplamış şagird Əhmədov Vurğun Mais oğlu çıxış edib. Sonra söz 2013-2014-cü illərdə “Sabah alimləri” Respublika müsabiqəsinin qalibi, respbulikamızı ABŞ-da təmsil etmiş Nurdil Nuruya verilib.
Son xəbərlər
Son Xəbərlər