“Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirilib

genc-kimyacilarin-yaradiciliq-musabiqesi-kecirilib
Oxunma sayı: 706


“Qafqazinfo”ya daxil olan məlumata görə, məktəbin rektoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verib. E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb. Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edilib. Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edilib.