“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsi

genc-kinematoqraf-kinoda-kadr-hazirligina-destek-layihesi
Oxunma sayı: 1002


 “Qafqazinfo”nun məlumatına görə,  mərkəzin rəhbəri Fehruz Şamıyev bildirib ki, layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə iki aylıq ödənişsiz kurslar təşkil olunub: 

“Kinematoqrafiyamızın inkişafı naminə bu zamana kimi Gənclər Fondu tərəfindən belə bir layihə həyata keçirilməyib. Layihənin məqsədi kino və televiziya sahəsində Azərbaycanda ən acınacaqlı istiqamət hesab olunan kino və televiziya prodüserlərinin yetişdirilməsi idi. Kurslarda iştirak edən 20 gənc beynəlxalq proqram əsasında təhsil alıblar. Bu dərslərdə ideya, ssenari sifarişi, film üçün maliyyə axtarışı, rejissor seçimində əsas müddəalar, aktyor seçimi zamanı nələrə diqqət yetirilməli olduğu, kino bazarının öyrənilməsi, filmin reklamı və s. məsələlər ətraflı izah olunub. Dərslərdə tanınmış yazıçı İlqar Fəhmi, Kukla Teatrının baş rejissoru Qurban Məsimov, bir çox tarixi-sənədli filmlərin müəllifi Füzuli Sabiroğlu, “Azərbaycantelefilm”in rejissoru Elşən Zeynallı məsləhətlərini gənclərlə bölüşüblər”.