Gənc müğənni mükafatlandırıldı- - Fotolar

genc-mugenni-mukafatlandirildi-
Oxunma sayı: 2692


“Qafqazinfo”nun məlumatına görə, rejissor Nail Naiboğlu və prodüser Pərviz Oqtayoğlunun təşkil etdiyi mükafatlandırma mərasimində Zarina ilin ən uğurlu klip və mahnısına görə mükafatla təltif olunub. 

“Yeni ərsəyə gələn “Bir acı” mahnısının kifayət qədər sevildiyinin bir daha şahidi oldum. Mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Aygün İsmayılovaya məxsus olan bu mahnıya klipi türkiyəli rejissor Kamal Başbuğ çəkib. Mən bütün təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Zəhmətinin bəhrəsini, qiymətləndirildiyini görmək sonsuz xoş hissdir”-. Deyə ifaçı təəssüratlarını bölüşüb. 

Mərasimin aparıcıları müğənni Sevda Sanəliyeva və aktyor Elşad Süleyman olub. Tədbirdə Zarina ilə yanaşı müğənnilər Mətanət İsgəndərli, Lalə Məmmədova, Nadir Nadir Qafarzadə, Elçin Hüseynov, Sənan Əliyev, Sevinc Musayeva, Samirə Allahverdi, Xatun Əliyeva və başqaları mükafatlara layiq görülüb. 

Qeyd edək ki, sənətçilərin səsləndirdikləri mahnılar sözügedən layihədə yarışıb. “Facebook” səhifəsində ən çox bəyənilən mahnılar məhz bu mükafatla təltif olunub.