Gənc namizəd seçicilərə səsləndi - Fotolar+Video

genc-namized-secicilere-seslendi
Oxunma sayı: 1051

Əziz oxucular, Nərimanov rayonu 19 saylı seçki dairəsindən namizədliyini irəli sürən Kənan Məmmədov seçicilərinə video müraciət edib. “Qafqazinfo” xəbər verir ki, onların problemlərinin həllində kömək olmaq üçün bu yola çıxıb:

"Problemlərinizdə yanınızda olmaq, sizə alnıaçıq, üzüağ xidmət edə bilmək, səsinizi çatdıracaq vəkiliniz olmaq üçün bu yola çıxdıq. Sizdən xahişim odur ki, mütləq 9 fevralda daha çox aktivliklə seçkilərə gəlib, sizin üçün ayrılmış bülletenlərə sahib çıxasınız. Özünüzü heç bir kənar təsirə məruz hiss etməyin, pərdə arxasında bir sizsiniz, bir də vicdanınız. Gəlin! Seçkidə iştirak edin! Səsinizin haqqını verəcək insana- mənə dəstək olun! Seçkiyə gəlib mənə verəcəyiniz səs mənim üstümdə olan haqqdır! O Səsin haqqını vermək üçün varam! Mənim Dəstəyim Sizin Səsinizdir."

Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.

Həmin müraciəti sizə təqdim edirik.