Gənc oğlan Kürdə boğuldu

genc-oglan-kurde-boguldu
Oxunma sayı: 1482

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar nəticəsində rayonun Morulu kənd sakini 1999-cu il təvəllüdlü Cabbarov Purxanın meyitini sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.