Gənc qadın atasının evinə gəlib intihar etdi

genc-qadin-atasinin-evine-gelib-intihar-etdi
Oxunma sayı: 2331

Azərbaycanda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Samux şəhərində qeydə alınıb. 

Gəncədə ailəli olan 30 yaşlı Ləman Ələkbərova atasının evinə gələrək orada intihar edib.

Hadisənin dəqiq səbələri bilinməsə də intihara ailə münaqişəsinin səbəb olduğu ehtimal edilir. 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli