Gənc qadın kirayə yaşadığı evdə öldürüldü

genc-qadin-kiraye-yasadigi-evde-olduruldu
Oxunma sayı: 6039

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.

Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin tanışı olduğu və saxlanıldığı bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 25 yaşlı qız həmin mənzildə kirayə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun A.Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.