Gənc qadın vanna otağında dəm qazından zəhərləndi

genc-qadin-vanna-otaginda-dem-qazindan-zeherlendi
Oxunma sayı: 924

Goranboyda dəm qazından zəhərlənmə olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.
 
Kənd sakini olan gənc qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

O dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.