“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar , yaradıcı şəxslər, rəssamlar, gənclər iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Heydər Əliyevin azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsi, gənclərə yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsi üçün şəraitin yaradılması, onların istedadlarının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət nümayəndələri ilə birgə sərgiyə baxıb. Sonra gənc rəssamlar və ictimaiyyət nümayəndələri ilə konfrans zalında görüş keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bu tədbir gənc rəssamların arzusu ilə həyata keçirilib.Onlar öz fantaziya və duyğularını tablolara köçürərək ictimaiyyətə təqdim ediblər. Belə tədbirlərin davamlı keçirilməsi gənclərin yaradıcılıq potensialının inkişafına, perspektiv imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək. Qeyd edək ki, sərgidə 26 gənc rəssamın 120-dən çox əsəri nümayiş etdirilib
Son xəbərlər
Son Xəbərlər