Gənc Siyasətçilər üçün “yay məktəbi” davam edir

genc-siyasetciler-ucun-yay-mektebi-davam-edir
Oxunma sayı: 779


"Qafqazinfo" xəbər verir ki, Hər birində 100-ə yaxın fəal gəncin olduğu qruplar Lerik və Oğuz rayonlarında reallaşan seminar-diskussiyalarda, təlimlərdə iştirak edirlər. Ümumilikdə isə avqust ayının ikinci ongünlüyünə qədər davam edəcək layihədə 1000-ə yaxın gənc iştirak edəcək.


YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin Baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə çıxışında Dövlət Proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdığını bildirib.

Bu sahədə həyata keçirilən Dövlət Proqramların uğurlu icrası nəticəsində yoxsulluq həddi 49 faizdən 5,3 faizə enib. Beynəlxalq Valyuta Fondunun təmsilçilərinin proqnozlarına görə Azərbaycanda inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq.


Günün ikinci yarısında gənclərə Kənan Qubadzadənin moderatorluğu ilə «Sağlam həyat, sağlam gələcək» mövzusunda təlim keçirildi.