Gənc Tamaşaçılar Teatrı növbəti layihədə

genc-tamasacilar-teatri-novbeti-layihede
Oxunma sayı: 919

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə olunması Azərbaycan İctimai-Siyasi Universiteti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir. Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib.

Nigar Məmmədli