Gənc ulduz seçimini etdi

genc-ulduz-secimini-etdi
Oxunma sayı: 1008


 “Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted”in gələcək vəd edən, istedadlı futbolçusu Adnan Yanuzay Belçika millisinin şərəfini qoruyacaq. Belçikada doğulan futbolçu Serbiya, Türkiyə, İngiltərə milli komandalarında da çıxış edə bilərdi. Türkiyə yığmasının baş məşqçisi Fatih Terim  Yanuzayın "ay-ulduz"lu formanı seçməsi üçün bəzi addımlar da atıb. Lakin son qərarı verən gənc futbolçu seçimini Belçika lehinə edib.

Qeyd edək ki, Yanuzayın atası türk, anası kosovalıdır.

İqbal