“Gənc və təcrübəsizəm”

genc-ve-tecrubesizem-
Oxunma sayı: 961


“Qafqazinfo” xəbər verir ki, bunu klubun rəsmi saytına açıqlamasında “Qəbələ” Futbol Akademiyasının yetirməsi, komandanın Antalya düşərgəsindəki ən gənc futbolçusu Qismət Alıyev deyib.

 İlk dəfə əsas komanda ilə ölkə xaricinə səfər edən 18 yaşlı yarımmüdafiəçi bu toplanışın onun üçün həm böyük təcrübə, həm də gözəl şans olduğunu klub saytına açıqlamasında deyib: “Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram”. 

Alıyev məşqçilər heyətinin və təcrübəli futbolçuların ona dəstək olduğunu, bu halın onu daha da həvəsləndirdiyini söyləyib: "Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm. Bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən etapı keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam".

Elsevər