Gənc violin ifaçısı, prezident təqaüdçüsü Elvin Xoca Qəniyev Rusiyanın Novosibirsk şəhərində keçirilən Gənc violin ifaçılarının beynəlxalq müsabiqəsində iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, ifaçı böyük uğur qazanaraq I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə Elvin Xoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və o, xüsusi aylıq təqaüdə layiq görülmüşdür. 2010-cu ildə Roma Papası gənc musiqiçini incəsənət sahəsində uğurlarına görə ordenlə təltif etmişdir.
Azərbaycan prezidentinin sərəncamı ilə E.Xoca Qəniyev 2016-cı il Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.



Son xəbərlər
Son Xəbərlər