“Azərbaycan dili fənni ilə bağlı ciddi müzakirəyə ehtiyac var”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda gənc yaşda olanların 60 %-i oxuduğunun əsas mahiyyətini başa düşmür: “Builki sertifikasiya imtahanlarında çox asan suallar tərtib edilmişdi. Bunu müəllimlərin özləri də təsdiq edə bilər. Növbəti sertifikasiya imtahanlarında suallar getdikcə təkmilləşəcək və çətinləşəcək. Nitq, danışıq qabiliyyəti olmayan müəllimlər imtahanda uğur qazana bilməyəcəklər”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər