Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiya fəalları ilə dialoqların aparılmasının, yerlərdə görüşlərin keçirilməsinin partiya işinin yüksək səviyyədə qurulmasında, canlandırılmasında, ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Şəhər Təşkilatının sədri Heydər Əliyevin misilsiz xidmətlərindən, onun müdrik siyasi kursunun uğurlarından söhbət açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq böyük qürur və iftixardır. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunanların fəaliyyətinin ana xəttini ümummilli lider Heydər Əliyevin ideyaları təşkil edir. Bu ciddi vəzifənin məsuliyyətini dərindən dərk etməli, ulu öndərin ideya və tövsiyələrinə uyğun çalışmalıyıq. ASAN - Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılıb. "ASAN xidmət" Mərkəzləri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Naqif Həmzəyev bildirib ki, Gəncə “Asan xidmət” Mərkəzində çalışan partiya fəalları könüllülər mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması xahişi ilə şəhər partiya təşkilatına müraciət ediblər.
Son xəbərlər
Son Xəbərlər