Gəncə çayı üzərindəki körpünün təmiri başa çatdı

gence-cayi-uzerindeki-korpunun-temiri-basa-catdi
Oxunma sayı: 845

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi davam edir. “Qafqazinfo“Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, 19,4 km olan avtomobil yolunun eni 12-18,5 metrə qədər genişləndirilir.

Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Burda 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metr olacaq. Yolun8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Hazırda sözügedən yolda torpaq işləri görülür, mövcud yol 1 metrə qədər qazılaraq yeni yol yatağı və yol əsası tikilir.

Yenidənqurma işləri çərçivəsində yolun 8-ci kilometrliyində yerləşən Gəncə çayı üzərindəki körpünün isə təmiri yekunlaşıb. 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpüdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkisi də tikilib.