Fəal gənclərin iştirak etdiyi yürüş YAP Gəncə şəhər Təşkilatı Qərargahının qarşısından başlayıb.
“Qafqazinfo” xəbər verir ki, üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkən gənclər şəhərdə olan bir qrup məşğuliyyətsiz gəncə yaxınlaşaraq, buklet və bayraqlar verib, onları bu yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Gəncənin Cavad xan küçəsində yürüşə davam edən gənclər əlil gənclərə yaxınlaşıb, onlarda olan həyat eşqini artırmaq üçün söhbətlər edərək, bu yürüşə qoşulmağa dəvət edib. Yürüş boyu sayı artan gənclər Həsən Əliyev küçəsinə gələrək, orada öz əl işləri ilə “Street art”-küçə sənəti sərgiləyiblər.
Tədbir çərçivəsində “Aura Park” İstirahət və Əyləncə Mərkəzində keçirilən flashmob və party gənclərdə xoş təəssüratlar yaradıb.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin keçirdiyi bu yürüşün əsas məqsədi müxtəlif kateqoriyadan olan gəncləri bir araya toplayaraq, onların arasında həmrəylik yaratmaq olub.
Son xəbərlər
Son Xəbərlər