Gəncə gəncləri mükafatlandırıldı

gence-gencleri-mukafatlandirildi
Oxunma sayı: 724

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən  məlumata görə, tədbirdə icra başçısı Elmar Vəliyev deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirib.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, tədbirlərdə ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, təşkilatçılar, tələbə-gənclər yüksək intellekt və bacarıq nümayiş etdiriblər.

Sonda futzal, şahmat turnirləri, bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi olub, I və II yerləri bölüşdürən komandalar Fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, Olimpiya sisteminə uyğun olaraq keçirilən şahmat turnirində Gəncə Dövlət Universitetinin (GDU) komandası I, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandası II, “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında ADAU komandası I, Gəncə Regional Kollecinin komandası II, futzal turnirində GDU komandası I, Azərbaycan Texnologiya Universitetinin (ATU) komandası II yerə sahib olublar.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə təntənəli şəraitdə üzvlük vəsiqələri təqdim olunub.