14-16 iyun tarixlərində Çinin Çindao şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi və Şandon Əyaləti Hökumətinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər” və “İstehsal və Təchizat Səncirləri” Forumlarına, eləcə də 23-cü ŞƏT İnvestisiya və Ticarət Sərgisinə ev sahibliyi edib.
Azərbaycanın Çindəki Səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 15-i ŞƏT ailəsinə daxil olan ölkələrin əyalət və şəhərlərinin iştirakı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər Forumu”nda təşkilata daxil olan ölkələr arasında əlaqələrin dərinləşməsində regionlar arasında işbirliyinin əhəmiyyətinə diqqət yönəldilib. Forum çərçivəsində Çinin Çindao şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi də keçirilib.
Sözügedən sazişi Gəncə şəhərinin adından Azərbaycanın Çində səfiri Əkrəm Zeynallı, Çindao şəhərinin adından isə şəhər merinin müavini Qen Tao imzalayıblar.
İyunun 16-sı Çindaoda yerləşən və ÇXR Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış Çin-ŞƏT İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasında Azərbaycanın Milli Pavilyonunun rəsmi açılış mərasimi keçirilib.






Son xəbərlər
Son Xəbərlər