Gəncə küləyə təslim oldu - Ağaclar aşdı, dam uçdu + Video + Fotolar

gence-kuleye-teslim-oldu
Oxunma sayı: 785

Gəncədə səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub.

Küləyin təsirindən qopan dam örtüyü ətrafdakı tikililərə, ağaclara və kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib.

Hazırda Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.