"Qafqazinfo"ya daxil olan məlumata görə, “100% Gənclərin dostu olduğunu TƏSDİQ etmiş şəhər” layihəsi Avropa Birliyinin təsis etdiyi “Erasmus+ proqramının KA2 Strateji Əməkdaşlıq bölməsi tərəfindən maliyyələşən və Portuqaliyanın Braqa şəhərinin Gəncə, Kluj-Napoka, Riqa, Türin, Valensia və Varna şəhərlərilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi beynəlxalq layihədir.
Layihə çərçivəsində yuxarıda adı çəkilmiş şəhərlərə səfərlər ediləcək, gənclər üçün mövcud olan maliyyə imkanları, infrastruktur və gənclər üçün keçirilən proqramlarla tanışlıq olacaq.
Ümumilikdə, layihə 2015-2017-ci illəri əhatə edəcək. Gəncə şəhərini bu layihədə “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi və onun sədri Elmir Vəliyev, həmçinin Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov təmsil edir. Əldə olunan nəticələrə əsasən, şəhərlərə "100%", "75%", "50%" və "25%" titullar veriləcək.
Son xəbərlər
Son Xəbərlər