Gəncə nümayəndə heyəti Varnada

gence-numayende-heyeti-varnada
Oxunma sayı: 714


“Qafqazinfo”ya daxil olan məlumata görə, Varna şəhərinin meri İvan Portnih ilə rəsmi görüş zamanı Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cElmar Vəliyevin adından ona Dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti əks olunmuş xalça hədiyyə olunub və şəhər bayramları təbrik edilib.

Səfər zamanı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bir sıra görüşlər keçirilib, “Avropa Gənclər paytaxtı-2016” adının qazanılması təcrübəsi haqda təqdimat olunub.