“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, yanğın mədrəsənin və yeni tikilən binaların yaxınlığındakı boş sahədə başlayıb. Şahidlərin dediyinə görə, bura otluq ərazi olduğundan alov qısa zamanda yayılmağa başlayıb.
Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov qismən söndürülüb. Amma bəzi hissələrdə alov yenidən baş qaldırır.
Polis hadisə yerini nəzarətə alıb, hadisə yerinə yaxınlaşan ətraf binaların sakinləri oradan uzaqlaşdırılıb.
Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi də hadisə yerinə gəlib. Amma hələlik rəsmi məlumat almaq mümkün olmayıb.
***
Bakının Gəncə prospekində yerləşən “Şəms” restoranının arxasındakı yaşıllıq ərazidə yanğın baş verib.
Trend-in məlumatına görə, quru otların yandırılması nəticəsində ərazini yanğın bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub.
Yanğının ətraf ərazilərə keçməsinin qarşısının alınıb, yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər