Gəncə prospektində vurulan piyada öldü

gence-prospektinde-vurulan-piyada-oldu
Oxunma sayı: 1790

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza Gəncə prospektində qeydə alınıb. 

Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ağadur Abdullayevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.