Gəncə qətliamına həsr olunmuş layihə - Video

Gəncə qətliamına həsr olunmuş layihə
Oxunma sayı: 736

Azərbaycanın “Junior Eurovision -2018” təmsilçisi Fidan Hüseynova ilə bəstəkar-müğənni Sevinc Ağasıyeva ortaq layihə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, “Pray For Ganja” (Gəncə üçün dua et) dueti ingilis dilində lentə alınıb və erməni təcavüzünün qurbanına çevrilmiş mülki şəxslərin xatirəsinə həsr olunub. Bu səbəbdən klip Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində təqdim edilib.

Mahnının musiqisinin müəllifi Sevinc Ağasıyevadır. İngilis dilindəki mətni Ruslan Karslı yazıb. Bəstənin ifasında Xalq artisti Əlixan Səmədov (balaban) və Əməkdar artist Elnur Əhmədov (kamança) iştirak edib. Klipin rejissoru Delee Orucludur.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 143 nəfər yaralanıb.