Gəncə sakini bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib

gence-sakini-beden-xesareti-ile-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 817

1995-ci il təvəllüdlü Gəncə sakini bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, Zeynalov Zeynal Tahir oğlu qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan gəncin vəziyyəti kafi qiymətləndirilir. Z. Zeynalov yıxılaraq qarnına dəmir parçası batdığını deyib.

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli