Gəncə sakini bıçaqlanıb

gence-sakini-bicaqlanib
Oxunma sayı: 1059

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 1988-ci il təvəllüdlü Qənbərov Ruslan Firdovsi oğlu qarın nahiyəsinin daxilə keçməyən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. R.Qənbərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli