Gəncə sakini dəm qazından zəhərlənib. Hadisə bu gün saat 19:00 radələrində baş verib.
“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər təcili tibbi yardım xəstəxanasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Gəncə sakini 58 yaşlı Oqtay İsmayılov yaşadığı evin hamamında dəm qazından zəhərlənib.
O dərhal xəstəxanaya gətirilib.
Həkimlər Oqtay İsmayılova ilkin tibbi yardım göstərib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır olduğunu bildirir.
Son xəbərlər
Son Xəbərlər