Gəncə sakini dərmandan zəhərlənərək ölüb

gence-sakini-dermandan-zeherlenerek-olub
Oxunma sayı: 1213

Gəncədə dərmandan zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. 50 yaşlı kişinin hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli