Gəncədə bıçaqlanma olub.
“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, şəhər sakini 1984-cü il təvəllüdlü Mahmudov Nofəl Elxan oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, N. Mahmudov özü-özünü bıçaqlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər