Gəncə sakini qardaşını bıçaqladı

gence-sakini-qardasini-bicaqladi
Oxunma sayı: 2140

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub. 

İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub. 

Faktla bağlı araşdırma aparılır.