Gəncə sakini qaynı tərəfindən bıçaqlandı

gence-sakini-qayni-terefinden-bicaqlandi
Oxunma sayı: 1847

Gəncədə bıçaqlanma olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü Nizaməddin Firdovsi oğlu Məmmədov qarın nahiyəsinin daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, N. Məmmədov qaynı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.