Gəncə sakini uçurumdan yıxıldı

gence-sakini-ucurumdan-yixildi
Oxunma sayı: 775

Gəncə şəhər sakini uçurumdan yıxılıb.
 
"Qafqazinfo"  APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.
 
Şəhər sakini, 1961-ci il təvəllüdlü Cəfərov Muraz Faqət oğlu müvazinətini saxlaya bilməyərək yolun kənarındakı uçurumdan dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan 56 yaşlı kişi Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.