Gəncə sakinindən 11 kq narkotik tapıldı

gence-sakininden-11-kq-narkotik-tapildi
Oxunma sayı: 1120

Gəncədə daha bir nəfərdən külli-miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Yusifovdan 11 kiloqram 100 qram marixuana götürülüb.

Qeyd edək ki, bir neçə gün öncə də Gəncə sakinlərindən 35 kq narkotik aşkarlanaraq götürülüb.

Murad Əhməd