Gəncə sakininin meyiti Gədəbəydəki çayda tapıldı

gence-sakininin-meyiti-gedebeydeki-cayda-tapildi
Oxunma sayı: 3567

Gəncə sakininin meyiti Gədəbəydəki çayda aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaramurad kəndi ərazisindən keçən çayada Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Səfərov Tofiqin meyiti kənd sakinləri tərəfindən çaydan tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev