Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə yardım edilib. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələri nəzərə alınaraq həyata keçirilib. Aksiyadan aztəminatlı ailələr də faydalanıblar.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Onlar Böyük Vətən Müharibəsi iştirakçıları 98 yaşı Tofiq Hüseynov və 96 yaşlı Bəylər Verdiyevin evində olublar. Onlarla maarifləndirici söhbət aparan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını bir daha xatırladıb, bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatıdırıblar. Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir ki, ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 110-na yaxın aztəminatlı ailəyə və o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.
Son xəbərlər
Son Xəbərlər