Gəncə terrorunda çəkilən şəkil “ayın fotosu” seçildi

gence-terrorunda-cekilen-sekil-ayin-fotosu-secildi
Oxunma sayı: 4928

“Anadolu” agentliyi oktyabr ayı üçün internet saytlarında “ayın fotosu” sorğusunu keçirib. “Qafqazinfo” xəbər verir ki, sorğuda bu dəfə ən çox səs toplayan 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərovun fotosu olub.

Türk və ingilis dilində aparılan sorğuda “Xəbər” kateqoriyası üzrə 25, “Həyat” kateqoriyası üzrə 26, “İdman” kateqoriyası üzrə isə 7 foto arasından seçim edilib.

“Xəbər” kateqoriyasında “Ermənistanın Gəncədə raketlə öldürdüyü mülkilər son mənzilə yola salındı” başlıqlı foto birinci olub. 

“Həyat” kateqoriyası üzrə “Balaca Məhəmməd Türkiyədə qovuşduğu protez ayaqlarıyla İdlibə qayıtdı” fotosu qalib olub. Suriyanın İdlib şəhərindən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun təlimatı ilə Türkiyəyə aparılan, anadangəlmə ayaqları və qolları olmayan 15 aylıq Məhəmməd protez ayaqlarıyla İdlibə qayıdıb. 7 həftəlik adaptasiya mərhələsindən sonra Məhəmməd atası Halit Mısaytıfla əyləncəli vaxt keçirir...

“İdman” kateqoriyası üzrə isə “"Deep water solo" tutkunlarının yeni adresi: Suluada” fotosu qalib olub. Antalyanın Aralıq dənizindəki ən uc nöqtəsi olan Gelidonya burnundan 7 kilometr uzaqlıqda yerləşən Suluada “deep water solo” idmanının son illər yeni ünvanına çevrilib.