Gəncə terrorunda çəkilən şəkil Türkiyədə “İlin media fotosu” seçildi - Video

gence-terrorunda-cekilen-sekil-turkiyede-ilin-media-fotosu-secildi
Oxunma sayı: 3240

Türkiyədə  “İlin media fotosu” müsabiqəsinin qalibləri müəyyənləşib.

“Qafqazinfo”  xəbər verir ki, Vətən müharibəsində Ermənistanın Gəncə şəhərinə atdığı raket zamanı yaxınının ölüm xəbərini eşidən qadının kədərli fotosu birinci yerə layiq görülüb.

5888 foto arasından seçilən şəklin müəllifi “Sabah” qəzetinin müxbiri Uğur Yıldırımdır.

Müxbir, eyni zamanda Qarabağda çəkdiyi fotolarla etdiyi reportajla da “İlin fotoreportajı” kateqoriyasında ikinci yeri qazanıb.